RU

Ermənistan vətəndaşı Paşinyana: Putinlə...

Ermənistanda baş nazir Nikol Paşinyanla görüş zamanı səslənən açıqlama diqqət çəkib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Stepanavan şəhərində keçirilən görüşdə Taşir sakini Paşinyana Rusiya-Ermənistan münasibətləri ilə bağlı sual ünvanlayıb.

O bildirib ki, Rusiya vətəndaşıdır və orada saxlanılaraq deportasiya olunub:

“Məni saxlayıb deportasiya etdilər. Ailəm, anamın məzarı, işlərim, texnikam orada qaldı. Mənə açıq dedilər ki, belə davranmalarının səbəbi Putinə qarşı deyilən sözlərdir”.

Vətəndaş baş nazirə müraciət edərək iki ölkə arasındakı münasibətlərin gələcəyi ilə bağlı sual versə də, Nikol Paşinyan bu suala konkret cavab verməyib. O, məsələnin hüquqi tərəfinə toxunaraq, həmin şəxsin qanunsuz davranışına görə qovulumuş ola biləcəyini bildirib.

Musavat.com

 

Избранный
23
musavat.com

1Источники