ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir neçə gəmisi İranla razılaşdırmadan Hörmüz boğazını keçib.
Azreform.info xəbər verir ki, bu barədə mənbələrə istinadən "Axios" məlumat yayıb.
Qeyd olunub ki, bu, ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı başlayandan bəri ilk belə haldır.
"Fars" agentliyi isə yazıb ki, BƏƏ-nin Fuceyra limanından Hörmüz boğazına doğru istiqamət alan ABŞ esminesi İranın xəbərdarlığından sonra geri dönüb.
Mənbənin məlumatına görə, İran silahlı qüvvələri gəminin hərəkətini davam etdirəcəyi təqdirdə ona zərbələr endiriləcəyi və danışıqların pozulacağı ilə hədələyib.