RU

Böyük Britaniyada musiqi tədbiri polis müdaxiləsindən sonra zorakılığa çevrilib

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Böyük Britaniyada, Dorsetdəki Lulvort ərazisində illik Easter bank holiday həftəsonu keçirilən Eggtek pulsuz raver tədbirinə bir neçə min iştirakçı toplaşıb.

Bizimyol.info xəbər verir ki, ölkə mətbuatının verdiyi məlumata görə, raverlərin (elektron musiqi və texno sevən və açıq havada rəqs etməyə gələn gənclər) tədbiri əvvəlcə sakit və dostyana atmosferdə başlayıb, gənclər əyləniblər. Lakin polis dəstəsi hadisə yerinə gəldikdən sonra qarşıdurma başlayıb və hadisələr zorakılığa çevrilib.

İştirakçılar polis tərəfindən baton, qalxan, it və bibər qazından istifadə olunduğunu bildirir. Yayılan görüntülərdə bir neçə raverin yerə sürükləndiyi və yaralandığı görünür. Polis isə zorakılıqda raverləri günahlandıraraq, onlara “müxtəlif əşyalar” atdıqlarını deyib.

Təşkilatçılar əvvəllər partiyalarını qanuni və lisenziyalı etmək istədiklərini, amma polis və bələdiyyənin son anda geri çəkildiyini, buna görə tədbirlərin icazəsiz təşkil olunduğunu bildirirlər. İştirakçılara həmçinin ərazini təmiz saxlamaq üçün tullantı toplamaq və qaydalara riayət etmək tövsiyə olunub.

Dorset polisi zorakılıqla bağlı şikayətlərin araşdırıldığını və təhlükəsizliyi təmin etmək üçün tədbirə müdaxilə etdiklərini açıqlayıb.

“Sakitcə əylənmək istəyən bir çox insan yaralanıb və travma alıb. İndi əsas olan hər şeyin düzgün araşdırılacağıdır”, - deyə bir iştirakçı bildirib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
bizimyol.info

1Источники