RU

"İlk dəfədir ki, bir klubdan rahat ayrılıram" -Ayxan Abbasov əsas qapıçı cəzalı duruma düşdüyü üçün niyə sevinir?

Misli Premyer Liqasının 27-ci turunda "Qarabağ"la öz meydanında 0:0 hesablı heç-heçə edən "Şamaxın"ın baş məşqçisi Ayxan Abbasov oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, o, matçın ardından təşkil edilən mətbuat konfransında belə danışıb:

"Bilirdik ki, "Qarabağ" hər oyuna final kimi yanaşır. Bu matça hazırlaşmağa çox vaxtımız olmamışdı. Həm də ciddi itkilərimiz var idi. Oyunun sonlarında yorğunluğun nəzərə çarpacağını təxmin edirdik. Futbolçularımıza təşəkkür edirəm. Karim Rossi və Balaunun olmaması şübhəsiz, böyük itkidir. Amma onların əvəzinə meydana çıxan futbolçular xarakter göstərdilər. "Qarabağ"a qarşı belə mübarizə aparan futbolçularımıza görə sevinirəm. Əzmkarlıq vacib amildir. Qazanılan hər xal çox önəmlidir. Komandada komanda ruhu olmasa, yaxşı nəticələr qazanmaq mümkün deyil. "Şamaxı"da komanda ruhu var. 

Qapıçımız Rikardo növbəti oyunu buraxacaq? Əlbəttə, o, ölkəmizdəki ən yaxşı legionerlərdən biridir. Amma digər tərəfdən, sevindiyim məqam da var. Abdullaya şans verəcəyəm. 

Mövsümün sonunda "Şamaxı"ya əcnəbi məşqçilər gəlməsi ilə bağlı nə deyə bilərəm? Açığı, bu barədə dəqiq məlumatım yoxdur. "Şamaxı" mənə doğma komandadır. İstəyərəm ki, klubun maliyyə vəziyyəti yaxşılaşsın. İlk dəfədir ki, bir klubdan rahat ayrılıram".

Nihat

Избранный
4
1
fanat.az

2Источники