RU

Livanın cənubunda gərginlik: “Hizbullah”a qarşı döyüşdə iki İsrail hərbçisi yaralandı

İsrail Müdafiə Ordusunun (SAXAL) Livanın cənubunda həyata keçirdiyi hərbi əməliyyatlar zamanı “Hizbullah” qruplaşmasının silahlıları ilə toqquşma baş verib. SAXAL-ın rəsmi məlumatına görə, atışma zamanı desant briqadasının iki hərbi qulluqçusu güllə qəlpələrindən müxtəlif dərəcəli xəsarətlər alıblar.

NOCOMMENT.az xəbər verir ki, orta-ağır dərəcəli yaralar alan hərbçilər dərhal döyüş meydanından təxliyə edilərək xəstəxanaya çatdırılıblar. Hazırda bölgədə gərginliyin yüksək həddə olduğu və İsrail hərbçiləri ilə silahlı qruplaşmalar arasında qarşıdurmaların davam etdiyi bildirilir. İsrail tərəfi yaralı hərbçilərin ailələrinə hadisə ilə bağlı məlumat verildiyini və ərazidəki təhlükəsizlik tədbirlərinin gücləndirildiyini qeyd edib.

Sara,
NOCOMMENT.az

Избранный
31
nocomment.az

1Источники