RU

Azərbaycandan Ermənistana daha 887 ton dizel göndərildi

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib.

 

Senzor.az bildirir ki, 15 vaqon (887 ton) dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından artıq yola salınıb.

 

Yük Böyük Kəsik stansiyasına, oradan isə Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

 

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 6 312 ton dizel (sonuncu tədarük daxil), 979 ton Aİ-92 benzini və 2 955 ton Aİ-95 benzini ixrac olunub.

 

Onu da xatırladaq ki, bu ölkəyə yanacaq ixracına 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı tədarük edilib.

 

Yeri gəlmişkən, bu istiqamətdə daşımalar Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra başlayıb və davam edir.

 


Избранный
11
13
senzor.az

10Источники