RU

Vuçiç Macarıstanda keçiriləcək seçkilərdə Viktor Orbanı dəstəklədiyini bildirib

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Serbiya Prezidenti Aleksandar Vuçiç Macarıstanda 12 aprel tarixində keçiriləcək parlament seçkilərindən öncə Macarıstan Baş naziri Viktor Orbanı dəstəklədiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Vuçiç "Instagram" platformasındakı səhifəsində yazıb.

“Viktorun qalib gələcəyini və ya uduzacağını bilmirəm. Sadəcə onu serblərlə macarlar arasındakı dostluğa görə sonsuz dərəcədə minnətdar olduğumu bilirəm. O olmasaydı, bu dostluq mövcud olmazdı. Nəticə necə olursa olsun, hər şey üçün təşəkkür edirəm, Viktor və sabah seçkilərdə dəstəyim səninlədir,” — deyə o qeyd edib.

Vuçiçin sözlərinə görə, serblər Orbana həmişə minnətdar qalacaqlar, “hətta uduzsa belə”.

Əvvəllər Serbiya Prezidenti Britaniya KİV-lərini Macarıstana aparan qaz kəmərində sabotaş cəhdi ilə bağlı qlmaqalın Serbiya hakimiyyəti tərəfindən qəsdən böyüdüldüyü barədə yayılan saxta xəbərlərə görə tənqid etmişdi. Vuçiç qeyd edib ki, Orbanın qələbəsini istərdi, amma heç vaxt seçki proseslərinə, hətta öz ölkəsində belə, müdaxilə etməyib, başqalarına toxunmaqdan söhbət belə gedə bilməz.

Macarıstanda parlament seçkiləri 12 apreldə keçiriləcək. Orbanın rəhbərlik etdiyi hakim “FIDES – Macarıstan Vətəndaş Birliyi” partiyası Avropa İttifaqı rəhbərliyinin dəstəyini alan müxalif “Tisa” partiyası ilə mübarizə aparır.

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
bizimyol.info

1Источники