RU

Zelenski: Rusiya əsirliyindən 175 hərbçi və 7 mülki şəxs qayıdıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Kiyev, 11 aprel, AZƏRTAC

Əsir mübadiləsi çərçivəsində Rusiya əsirliyindən 175 hərbçi və 7 mülki ukraynalı qayıdıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski bildirib.

“Bizimkilər evə qayıdırlar - 175 hərbçi, silahlı qüvvələrin döyüşçüləri, milli qvardiyaçılar, sərhədçilər, sıravi çavuşlar və zabitlər və yeddi mülki şəxs. Döyüşçülərimiz Ukraynanı müxtəlif istiqamətlərdə, Mariupolda, ÇAES-də, Donetsk, Lugansk, Xarkov, Xerson, Zaporojye, Sum, Kiyev, Kursk istiqamətlərində müdafiə ediblər. Onların arasında yaralananlar var. Əksəriyyəti 2022-ci ildən bəri əsirlikdə olub. Və nəhayət - evdədirlər”, - deyə Zelenski vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
17
3
azertag.az

4Источники