RU

ABŞ-də qalmaqal: İran nümayəndələrinə qarşı terror çağırışı

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-də yayımlanan qalmaqallı materiala sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, Bəqai “X” platformasında paylaşım edərək bildirib ki, Vaşinqton rəsmiləri İranı “xoş niyyətin olmaması” və “şantaj”da ittiham etdiyi halda, ABŞ mediasında bəzi radikal dairələr açıq şəkildə danışıqlar uğursuz olarsa, İran nümayəndələrinin öldürülməsini təklif edirlər.

Onun sözlərinə görə, bu yanaşma artıq siyasi ritorikanın təhlükəli mərhələyə keçdiyini göstərir. Bəqai vurğulayıb ki, qorxu yaymaq, açıq şəkildə terrora çağırış etmək və zorakılığı normallaşdırmaq cəhdləri beynəlxalq hüquqa və diplomatik etikaya ziddir.

İran XİN sözçüsü qeyd edib ki, bu cür çağırışlar faktiki olaraq dövlət terrorizminə təşviq kimi qiymətləndirilməlidir və beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə pislənməlidir.

Musavat.com

Избранный
38
musavat.com

1Источники