Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa üçün reaktiv yanacaq riski xəbərdarlığı.
Banco.az xəbər verir ki, İngiltərənin “Financial Times” qəzetinin Avropa Beynəlxalq Hava Limanları Şurasının (“ACI Europe”) Avropa İttifaqı (Aİ) Komissiyasının rəsmilərinə ünvanladığı məktuba istinadən yaydığı xəbərə görə, “ACI Europe” aviasiya sektorunda reaktiv yanacaq ehtiyatlarının azaldığı ilə bağlı xəbərdarlıq edib.
Məktubda bildirilir ki, Hörmüz boğazında ticarət axını üç həftə ərzində tam bərpa olunmazsa, Avropadakı hava limanları reaktiv yanacaq üzrə “sistemli qıtlıq”la üzləşə bilər.
ABŞ/İsrail–İran müharibəsinin 28 fevralda başlamasından sonra Hörmüz boğazında ticarət axınının pozulması nəticəsində boğazdan keçən gündəlik 15 milyon barel xam neft və 5 milyon barel neft məhsulu tədarükü ciddi şəkildə azalıb.
Təklif məhdudiyyətləri səbəbindən Avropa ölkələrində reaktiv yanacaq qiymətləri müharibədən əvvəlki dövrlə müqayisədə 100 faiz artaraq rekord səviyyəyə yüksəlib.
Qiymətlər 110 faiz artıb
“Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası”nın (“IATA”) məlumatlarına görə, qlobal reaktiv yanacaq indeksində 27 fevral tarixində bir barel üçün 99,4 dollar olan qiymət 3 aprel tarixində 110 faiz artaraq 209 dollara çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!