RU

“Lüfthansa”nın pilotları tətil elan ediblər

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Berlin, 11 aprel, AZƏRTAC

“Lüfthansa” aviaşirkətində tətil dalğası yeni həftədə də davam edəcək. Kabin heyətinin birgünlük tətilindən sonra bu dəfə pilotların ikigünlük tətili elan olunub.

AZƏRTAC xəbər verir ki, pilotların həmkarlar ittifaqı təşkilatı “Kokpit ittifaqı” aprelin 13-14-də tətil elan edib. “Lufthansa”nın əsas, eləcə də “Eurowings”, “Lufthansa CityLine”, “Lufthansa Cargo” kimi bir sıra törəmə şirkətlərini də əhatə edəcək tətilin aprelin 13-də saat 00:01-dən aprelin 14-də saat 23:59-dək davam etməsi nəzərdə tutulur.

Həmkarlar ittifaqının əsas tələbi korporativ pensiya təminatının yaxşılaşdırılması və əməkhaqqının artırılmasıdır.

Yaxın Şərqdə mövcud vəziyyət nəzərə alınaraq, tətil Almaniyadan Azərbaycan, Misir, Bəhreyn, İraq, İsrail, Yəmən, İordaniya, Qətər, Küveyt, Livan, Oman, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə həyata keçirilən uçuşlara təsir etməyəcək.

Xatırladaq ki, ötən gün “Lufthansa”nın kabin heyətinin tətili nəticəsində yüzlərlə reys ləğv olunmuşdu.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
43
3
azertag.az

4Источники