RU

"Sabah"la oyunda qazanılan hər xal dəyərlidi" - Rəşad Sadıqov

"Zirə" Misli premyer-liqasının 27-ci turunda "Sabah"la heç-heçə etdi - 2:2.

"Football-plus.az" xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Oyun bizim üçün bir az həyəcanlı başladı. Rəqin ilk dəqiqələrdən böyük təzyiq göstərirdi. Müdafiədən çıxarkən səhvə yol verdik və qol buraxdıq. Çox məyusedici idi. Növbəti 10 dəqiqədə rəqib yenə bizə böyük təzyiq göstərdi. Amma sonrakı dəqiqələrdə fəal çıxış edib iki qol vurduq. Fasilədən sonra standart vəziyyətdən qol buraxdıq. Futbolçular əzmkarlıq göstərdi, qol vurmağa çalışırdı. Son 10 dəqiqədə isə rəqib böyük qüvvə ilə irəli getdi. Müdafiəçilər etibarlı oynadı və xal qazandıq. "Sabah"la oyunda qazanılan hər xal dəyərlidi. 1 xal üçün çox sevinirik. Düşünürəm ki, bu xal bizim üçün çox faydalı olacaq.

- Oyunun əvvəlində çox fəal idiz, komandaya motivasiya verirdiz...
- Bəli. Bu rəqiblə son oyunumuzun 27-ci dəqiqəsində hesab 3:0 olub. 15-ci dəqiqədə belə qol buraxanda narahat oldum ki, komanda dağıla bilər. Ona görə həmin dəqiqələrdə fəallıq göstərdim. Amma dəqiqələr ötdükcə, xüsusilə də ikinci hissədə passiv idim.

- Liderlə matçda xal qazanmaqda bir növ "Qarabağ"a da kömək etdiz. Qarşıda isə əsas rəqiblərinizdən biri olan "Neftçi" ilə oyununuz var. Həmin qarşılaşma sizin üçün həlledici ola bilər?
- "Sabah" bu il həqiqətən də möhtəşəm futbol nümayiş etdirir. Səfərdə oynadığımızı nəzərə alsaq, qazanılan xal bizim üçün çox önəmlidi. Çempionatın favoritləri ilə oyunlarda qazanılan hər xal önəmli olur. "Qarabağ"dan 2, "Sabah"dan 1 xal almışıq. Bu xallar çox önəmli olur. Ötən tur son dəqiqələrdə qol buraxıb heç-heçə etdik. "Şamaxı" ilə matçda heç-heçə gözlənilməz deyil. Amma matçın gedişatı elə idi ki, rəqib azlıqda idi, çoxsaylı qol epizodlarımız var idi. Son dəqiqələrdə nəsə hadisə baş verdi və qol buraxdıq. Acı xal itkisi idi. Futbolçular çox məyus olmuşdu. Əsas narahatlığım o idi ki, həmin məyusluq bu oyuna təsir etməsin. Şükürlər olsun ki, futbolçular bu gün onu hiss etdirmədilər. Növbəti turda "Neftçi" ilə oynayırıq, 4 gün sonra "Turan Tovuz"la kubokun cavab görüşü var. Əvvəl də demişdim ki, apreldə bizi çox ciddi oyunlar gözləyir. Həmin matçlara çox yaxşı hazırlaşmalıyıq.

- Ayron Qomislə İssa Cibrilla meydandan çıxanda sanki narazı görünürdü...
- Onları əvəzləmək istəmirdim. İkisi də çox yaxşı idi. Qomis zədədən qayıdıb. Bir epizodda ayağını tutdu, həm də sarı vərəqəsi var idi. Yoxsa daha çox oynayacaqdı. İssa bir məhsuldar ötürmə etdi, penalti qazandı. O da zədədən yeni qayıdıb. Daha çox gələcəyi düşünərək bu addımı atdım.

- Yeni mövsüm üçün izlədiyiniz futbolçular var?
- Xeyr, futbolçu izləmirik. Klub rəhbərliyi ilə görüşdən sonra növbəti mövsüm üçün planlar məlum olacaq. Hələ ki bütün fikrimizi çempionata vermişik. Ötən mövsüm sonra 3-4 tur qalmış nəticə bəlli oldu. Buna görə avrokuboklara rahat hazırlaşırdıq, seleksiyanı erkən etməyə başladıq. Bu il hələ tələsmirik.

Избранный
15
12
football-plus.az

10Источники