RU

İran ABŞ-ın Hörmüz boğazı ilə bağlı iddiasını qəti şəkildə təkzib etdi

İran Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) iki Amerika gəmisinin Hörmüz boğazından keçməsi ilə bağlı yaydığı məlumatı rəsmən təkzib edib.

İran dövlət televiziyası IRIB-in məlumatına görə, ölkənin hərbi rəhbərliyi Vaşinqtonun bu iddiasını "qəti şəkildə" rədd edərək, bölgədəki dəniz hərəkətliliyinin tam nəzarət altında olduğunu bildirib.

Musavat.com xəbər verir ki, İran Silahlı Qüvvələrinin rəsmi bəyanatında istənilən gəminin boğazdan keçidi və hərəkəti ilə bağlı təşəbbüsün birbaşa İran İslam Respublikası Silahlı Qüvvələrinin əlində olduğu vurğulanıb. Xatırladaq ki, şənbə günü həm CENTCOM, həm də Pentaqonun rəhbəri Pit Heqset iki Amerika gəmisinin İran tərəfindən yerləşdirilmiş dəniz minalarını zərərsizləşdirmək məqsədilə boğazdan keçdiyini bəyan etmişdilər. Lakin Tehran bu məlumatın həqiqəti əks etdirmədiyini və su hövzəsinə nəzarətin tamamilə öz tərəfindən həyata keçirildiyini iddia edir.

Musavat.com

Избранный
37
50
musavat.com

10Источники