RU

Tərtərdəki qətlin təfərrüatı məlum oldu

Tərtərdə baş verən qətl hadisəsinin yeni təfərrüatı məlum olub.

Publika.az Teleqraf-a istinadlaxəbər verir ki, hadisə tərəflər arasında əvvəlcədən mövcud olan münaqişə zəmnində baş verib. Bir il əvvəl baş verən insidentə görə bu gün qətlə yetirilən 1999-cu il təvəllüdlü Nabil Aslanov həmyerlisi, 1995-ci il təvəllüdlü Səfixan Nağıyevə bıçaqla xəsarət yetirib.

Bu gün tərəflər arasında yenidən mübahisə yaranıb. Mübahisə zamanı Səfixan Nağıyev əvvəlki hadisəni xatırladaraq Nabil Aslanova çoxsaylı bıçaq zərbələri endirib. Ağır xəsarətlər alan Nabil Aslanov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

xxx

Избранный
52
11
publika.az

10Источники