RU

İran ABŞ gəmilərinin Hörmüz boğazından keçməsi ilə bağlı xəbərləri təkzib edib

Bakı, 12 aprel, AZƏRTAC

İran ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Hörmüz boğazından keçməsi barədə məlumatları təkzib edib. Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı iki esminesin boğazdan keçdiyini və minaları təmizləməyə başladığını açıqlamışdı.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ gəmilərinin Hörmüz boğazına yaxınlaşması və daxil olması ilə bağlı iddianı təkzib edib. Bildirilib ki, hərbi gəmilərin Hörmüz boğazından keçmək cəhdinə sərt cavab veriləcək.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında mina təmizləmə işlərinə başlandığını elan etmişdi. "Axios" qəzetinin jurnalisti mənbələrə istinadən bildirmişdi ki, bir neçə ABŞ hərbi gəmisi İranın razılığı olmadan Hörmüz boğazından keçib.

Избранный
53
2
azertag.az

3Источники