Mil-Muğan bölgəsində yonca sahələrində bu hal son 3-4 ildə müşahidə olunur. Hər il ilk biçim yonca belə təhlükə ilə üz-üzə qalır. Fitonomus həşəratları yalnız yonca bitkisi ilə qidalanır və yonca sahəsini demək olar məhv edib yoxa çıxardır.
Bu zərəvericilərin yayılması o qədər güclüdür ki, bir hektar sahənin 70-80 faizə qədərini məhv edə bilir. Yeni əkilmiş sahələr isə zərif olduğundan həmin ərazilərdə təhlükə 100 faizə qədər olur.
NOCOMMENT.az xəbər verir ki, fermerlər bildirir ki, fitonomus geniş yayıldığına görə ən təhlükəli zərərverici hesab olunur. Ona görə də hər kəs öz sahəsində yazın əvvəlindən müşahidələr aparır. Yoncada fitonomus aşkarlanan vaxt mübarizə tədbirləri başlayır ki, zərər çox olmasın.
Kəskin istilər düşdükən sonra fitonomus zərərvericilərinə rast gəlinmir. Bu zərərvericilərə qarşı mübarizə tədbirləri həm mexaniki, həm də kimyəvi şəkildə görülür. Mexaniki mübarizə tədbirlərinə adətən fevral ayından başlamalıdır.
Amma, kimyəvi mübarizə zamanı da diqqətli olunmalıdır. Xüsusilə günün isti vaxtında apaırlmamalıdır.
Görünən odur ki, əgər qış aylarından başlayaraq kompleks tədbirlər görülməzsə bu zərərvericilər aktiv şəkildə yonca sahələrini məhv edəcək. Heyvandarlıqla məşğul olan təsərrüfat sahiblərini zərərə salacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.