RU

Pakistan Hörmüz boğazı üçün yeni təhlükəsizlik planı təklif etdi

BAKI, 12 aprel. TELEQRAF

Pakistan İran və ABŞ arasında keçirilən danışıqlar zamanı Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi üçün birgə patrul mexanizmi yaradılmasını təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə "Al Jazeera" Pakistan hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Hörmüz boğazı üzərindən keçən gəmiçiliyin idarə olunması ilə bağlı Pakistan tərəfi xüsusi təklif irəli sürüb. Təklifə əsasən, boğazda birgə patrul fəaliyyətinin həyata keçirilməsi nəzərdə tutulur.

Mənbə həmçinin bildirib ki, İran və ABŞ arasında aparılan danışıqlar birbaşa formatda keçirilib və Pakistan bu prosesdə vasitəçi kimi iştirak edib.

Qeyd olunur ki, danışıqların məqsədi regionda dəniz təhlükəsizliyinin təmin olunması və gərginliyin azaldılmasıdır.

Избранный
42
7
teleqraf.com

10Источники