RU

Haitidə qədim qalanın yaxınlığında baş verən izdihamda azı 30 nəfər həlak olub

Haitinin şimalındakı kənd ərazisində qədim Laferyer qalasının yaxınlığında baş verən basabas nəticəsində azı 30 nəfər həlak olub.

"Report" xəbər verir ki, bu barədə yerli "Le Nouvelliste" qəzeti ölkənin Şimal departamentinin Mülki Müdafiə İdarəsinin rəhbəri Jan Anri Petiyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Karib dövlətinin ən məşhur görməli yerlərindən biri - XIX əsrin əvvəllərində tikilmiş Laferyer qalası milli bayram tədbirləri münasibətilə ziyarətçilərlə həddindən artıq dolub.

Toplaşan insanların çoxluğu basabasa səbəb olub və ilkin hesablamalara görə, 30 nəfər bu hadisənin qurbanı olub.

"Yerli hakimiyyət nümayəndələri baş vermiş hadisə ilə bağlı araşdırma başladıldığını bildirib və ölənlərin sayının arta biləcəyini ehtimal edirlər", - "Le Nouvelliste" qeyd edib.

Избранный
48
far.az

1Источники