ABŞ və İran rəsmilərinin İslamabadda keçirdikləri danışıqlarda əsas fikir ayrılığı yaradan məsələlər Hörmüz boğazına nəzarət, İranın nüvə proqramı və döyüş əməliyyatlarının dayandırılması şərtləri olub.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Mənbələrin bildirdiyinə görə, Tehran, həmçinin dondurulmuş aktivlərin açılmasını, kompensasiyaların ödənilməsini və müharibənin tam dayandırılmasını tələb edib.
Vaşinqton isə gəmiçiliyin sərbəstliyində və İranın nüvə imkanlarının məhdudlaşdırılmasında israr edib.
Xatırladaq ki, ABŞ nümayəndə heyəti artıq İslamabadı tərk edib.
Bizim.Media