RU

Tehran–Vaşinqton xəttində gərginlik qalır: danışıqlardan sonra sərt mesaj

Tehran və Vaşinqton arasında aparılan danışıqların üçüncü raundu başa çatsa da, tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqdadır.

Bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.

Məlumata görə, İran və ABŞ nümayəndə heyətləri arasında aparılan müzakirələrdə əsas məsələlər üzrə hələ də ciddi ziddiyyətlər mövcuddur. Bildirilir ki, hazırda növbəti addım ABŞ tərəfinin üzərinə düşür.

Agentliyin yaydığı açıqlamada qeyd olunur ki, Vaşinqton öz “şişirdilmiş tələblərindən” geri çəkilməli və danışıqlarda daha realist mövqe sərgiləməlidir. İran tərəfi hesab edir ki, yalnız bu halda tərəflər arasında irəliləyiş əldə etmək mümkündür.Musavat.com

Избранный
33
1
veteninfo.az

10Источники