RU

Premyer Liqa: “Qəbələ” “İmişli”ni, “Turan Tovuz” “Sumqayıt”ı qəbul edir

Moderator.az saytına istinadən ain.az xəbər verir.

Bu gün Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulacaq.

Moderator.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında “Qəbələ” doğma meydanda “İmişli”ni qəbul edəcək. Görüşü baş hakim Rəşad Əhmədov idarə edəcək.

Hazırda Kaxaber Tsxadadzenin komandası 19 xalla turnir cədvəlinin 11-ci, Jorc Kaşkilyanın kollektivi isə 23 xalla 9-cu pilləsində qərarlaşıb.

Tura “Turan Tovuz” – “Sumqayıt” oyunu ilə yekun vurulacaq. Tovuz şəhər stadionunda keçiriləcək görüşü baş hakim Kamranbəy Rəhimov idarə edəcək.

Hazırda Kurban Berdıyevin komandası 49 xalla turnir cədvəlinin 3-cü, Saşa İliçin kollektivi isə 32 xalla 7-ci pillədə qərarlaşıb.

Azərbaycan Premyer Liqası, XXVII tur

12 aprel (bazar)

15:30. “Qəbələ” – “İmişli”

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, İslam Məmmədov

VAR: Əli Əliyev

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

Qəbələ şəhər stadionu

18:00. “Turan Tovuz” – “Sumqayıt”

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Kamran Əliyev

VAR: Fərid Hacıyev

AVAR: Rəhman İmami

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Nəriman Axundov

Tovuz şəhər stadionu

Qeyd edək ki, XXVII turun əvvəlki oyunlarında “Karvan-Yevlax” evdə “Kəpəz”i 4:1, “Neftçi” “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib. “Şamaxı” – “Qarabağ” oyunu 0:0, “Sabah” – “Zirə” qarşılaşması isə 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
28
50
moderator.az

10Источники