RU

Həbs olunan direktorun yerinə qayınatası gətirildi: Yarım milyonluq BORC/ FOTOFAKT

Xəbər verdiyimiz kimi, martın 13-də “Naxçıvan Taxıl Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Şakir Tarverdiyev həbs olunub. Vəzifə cinayətlərində ittiham olunan Ş.Tarverdiyev barəsində cinayət işi açılıb və Naxçıvan Şəhər Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.


Şirkət rəhbərliyi və ailə bağları
32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən MMC-nin rəhbəri və qanuni təmsilçisi Şakir Tarverdiyevin qayınatası Əli Rüstəm oğlu Quliyev olub.

Xatırladaq ki, Əli Quliyev 2021-ci ilin avqustunda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin o zamankı sədri Vasif Talıbovun fərmanı ilə, yaş həddi ilə bağlı olaraq NMR Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsindən azad edilmişdi.


Yarım milyonluq vergi borcu 

32gun.az-ın əldə etdiyi digər məlumata görə, “Naxçıvan Taxıl Məhsulları” MMC-nin hazırda dövlətə yarım milyon manata yaxın -  dəqiq desək, 482 213.73 AZN məbləğində vergi borcu var.

Mənimsəmə ittihamları və Fuad Nəcəfli ilə bağlı iddialar

Mətbuatda yayılan iddialara görə, Şakir Tarverdiyev 10 milyon tondan artıq taxılı 6 milyon 500 min manata sataraq həmin vəsaiti mənimsəyib. Bildirilir ki, o, bu işi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin sabiq səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin göstərişi ilə həyata keçirib.


Mediada gedən məlumatlarda qeyd olunur ki, Fuad Nəcəfli “Naxçıvan Taxıl Məhsulları” MMC-nin sənədlər üzərində olmayan, qeyri-rəsmi ortağı olub.

Ötən il noyabrın 12-də ölkə başçısının sərəncamı ilə vəzifəsindən azad edilən Fuad Nəcəflinin də istintaqa cəlb edildiyi və hazırda onun həbsinə hazırlıq görüldüyü qeyd edilir.

Ayaz MusaKöylü

Избранный
24
azia.az

1Источники