RU

ABŞ və İranrazılığa gələ bilmədi; Vens “İrana son təklifimizi verdik” dedi...

İslamabadda 14 saat davam edən ABŞ-İran danışıqları nəticəsiz başa çatıb.

Musavat.com xəbər verir ki, məlumatı jurnalistlərə mətbuat konfransında ABŞ-ın vitse-prezidenti J.D.Vens açıqlayıb: "İranlılarla bir sıra mənalı müzakirələr apardıq. Bu, yaxşı xəbərdir. Pis xəbər isə odur ki, biz razılığa gələ bilməmişik".

Vens bildirib ki, ABŞ hələ İranın nüvə silahı proqramından imtina etmək istəyini görməyib: "Sadəcə olaraq, iranlıları şərtlərimizi qəbul etməyə vadar edə bilməmişik. Düşünürəm ki, kifayət qədər çevik olmuşuq. Biz kifayət qədər güzəştə getmişik. Prezident (ABŞ-ın Donald Tramp-red.) bizə dedi ki, biz buraya ən yaxşı niyyətlərlə gəlməli və razılaşma əldə etmək üçün əlimizdən gələni etməliyik. Biz bunu etdik, amma təəssüf ki, heç bir irəliləyiş əldə edə bilməmişik.  Qırmızı xətlərimiz, onları nəyə razı salmağa hazır olduğumuz və nəyə razı salmadığımız barədə çox aydın şəkildə danışdıq və bunu mümkün qədər aydın şəkildə bildirdik. Və onlar şərtlərimizi qəbul etməməyi seçdilər".

Vens qeyd edib ki, ABŞ İrana son və ən əlverişli təklifini verdikdən sonra İslamabaddan ayrılır. Onun sözlərinə görə, bundan sonra qərar Tehranındır.

ABŞ vitse-prezidenti J.D.Vensin mətbuat xidməti onun ABŞ-İran məsləhətləşmələrinin keçirildiyi Pakistandan yola düşdüyünü bildirib. Məlumata görə, Vens Bakı vaxtı ilə səhər saat 5:08-də təyyarəyə minib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
11
2
olaylar.az

10Источники