RU

Pakistan ABŞ və İranı atəşkəs rejiminə ciddi əməl etməyə çağırdı

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Pakistanın xarici işlər naziri və baş nazirin müavini Məhəmməd İshaq Dar ABŞ və İranı atəşkəs rejiminə ciddi şəkildə əməl etməyə çağırıb.Bizim.Media xəbər verir ki, bu barədə o, İslamabadda Amerika və İran nümayəndə heyətləri arasında keçirilən danışıqlardan sonra jurnalistlərə açıqlamasında bildirib. Məlumatı Pakistanın Dawn qəzeti yayıb.Dar vurğulayıb ki, götürülmüş öhdəliklərin icrası davam etdirilməlidir və bu, hazırkı mərhələdə son dərəcə vacibdir.“Pakistan yaxın günlərdə də İran və ABŞ arasında qarşılıqlı əlaqə və dialoqun təşviqində öz rolunu oynayıb və oynamaqda davam edəcək”, - deyə o qeyd edib.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
1
bizim.media

2Источники