RU

Həkimdən xəbərdarlıq: Bəzi qəribə davranışlar Parkinsonun siqnalı ola bilər

Parkinson xəstəliyi adətən əllərdə titrəmə, hərəkətlərin ləngiməsi, müvazinətin itməsi və yeriməyin çətinləşməsi kimi əsas simptomlarla tanınır. Bununla belə, bu xəstəliyin çox vaxt diqqətdən yayınan spesifik əlamətləri də mövcuddur. Həmin göstəricilərdən biri xəstənin yatarkən başını yataqdan aralı saxlaması ilə özünü göstərən “hava yastığı” sindromudur.

KONKRET.az xəbər verir ki, bu barədə Piroqov adına Universitetin Nevrologiya kafedrasının dosenti, həkim-nevroloq İnna Filatova “Gazeta.Ru” nəşrinə müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, sözügedən xəstəlik beyində “alfa-sinuklein” adlı zülalın anormal şəkildə yığılması nəticəsində inkişaf edir. Bu patoloji proses sinir hüceyrələrinin zədələnməsinə səbəb olur və tədricən bütün sinir sistemini əhatə edir. Nəticədə dopamin ifraz edən neyronların yavaş-yavaş məhvi baş verir.

Həkim qeyd edib ki, xəstəliyin gedişində yalnız dopamin deyil, eyni zamanda oreksin, asetilxolin, norepinefrin və serotonin kimi vacib neyrotransmitterlərin çatışmazlığı da müşahidə olunur. Bu defisit hərəkət məhdudiyyətləri ilə yanaşı, vegetativ, psixoloji və yuxu pozuntularına da zəmin yaradır.

Vaxt keçdikcə beyində baş verən dəyişikliklər insanın öz bədəni üzərində nəzarəti itirməsi ilə nəticələnir. İlkin mərhələdə xəstələr dəqiq motorika tələb edən işləri yerinə yetirməkdə çətinlik çəkirlər, dopamin səviyyəsi azaldıqca isə əlamətlər daha da kəskinləşir.

İ.Filatova əlavə edib ki, parkinsonizm həm də zəif və monotondanışıq tərzi, hərəkətsizlik, eləcə də üz mimikalarının itməsi ilə xarakterizə olunur. Pasiyentlərin gözləri çox vaxt bir nöqtəyə zillənmiş vəziyyətdə olur, göz qırpma sayı isə kəskin şəkildə azalır. İnsanın qaməti önə doğru əyilir, qollar isə dirsəkdən bükülü vəziyyətdə bədənə yaxın qalır.

Bəzi hallarda xəstələr çarpayıda uzanarkən başlarını yastıqdan aralı, havada saxlayırlar. Bu hal tibb elmində “hava yastığı” əlaməti adlandırılır./Oxu.az

Избранный
6
6
konkret.az

7Источники