RU

Vuçiç Orbana mesaj göndərdi: Seçkilərdə uduzsan...

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Serbiya Prezidenti Aleksandr Vuçiç parlament seçkilərindən əvvəl Macarıstanın Baş naziri Viktor Orbanı dəstəkləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “İnstaqram” hesabında paylaşım edib.

“Viktorun qalib gələcəyini və ya məğlub olacağını bilmirəm. Sadəcə bilirəm ki, serblər və macarlar arasındakı dostluq münasibətlərinə görə ona sonsuz minnətdaram. Onsuz bu dostluq olmazdı. Nəticə nə olursa olsun, hər şeyə görə Viktora təşəkkür edirəm və seçkilərdə onu dəstəkləyirəm”, – Vuçiç yazıb.

Serbiya prezidenti onu da əlavə edib ki, Orban seçkilərdə uduzsa belə, serblər ona əbədi minnətdar olacaqlar.

Qeyd edək ki, Macarıstanda parlament seçkiləri 12 aprel 2026-cı ildə keçiriləcək.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
26
globalinfo.az

1Источники