RU

Sıyığın şəkəri qaldırmaması üçün bunu mütləq edin Sadə metod

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Şəkərli diabetdən əziyyət çəkən şəxslər üçün qidalanma rejimi həyati əhəmiyyət kəsb edir. Bu prosesdə əsas göstərici qlikemik indeks (Gİ) hesab olunur. Karbohidratların qlükozaya çevrilmə sürətini göstərən bu rəqəm nə qədər aşağı olarsa, qanda şəkərin səviyyəsi bir o qədər stabil qalar.Ekspertlər diabetiklər üçün ən faydalı dənli bitkinin arpa yarması (perlovka) olduğunu bildirirlər. Gİ göstəricisi cəmi 20–30 olan bu yarma zülal, maqnezium və liflə zəngindir. O, həm uzunmüddətli toxluq yaradır, həm də şəkərin qəfil yüksəlməsinin qarşısını alır. Siyahıda növbəti yerləri qara düyü və qarabaşaq tutur. Xüsusilə yaşıl qarabaşaq faydalı maddələri daha çox qoruduğu üçün menyuda mütləq yer almalıdır.Yulaf sıyığı (herkules) istifadə edənlər isə diqqətli olmalıdırlar. Tam taxıl yulaf faydalı olsa da, hazır lopalar şəkəri sürətlə qaldıra bilər. Bunlarla yanaşı, buğda yarması, bulqur və kinoa da diabet xəstələrinə icazə verilən qidalar sırasındadır.Bəzi sıyıqlar isə diabetiklər üçün ciddi risk yaradır. Ən təhlükəli seçim manna yarması hesab olunur, çünki onun qlikemik indeksi çox yüksəkdir. Eyni zamanda qarğıdalı sıyığı və ağ düyünün də istifadəsi məhdudlaşdırılmalıdır.Sıyığın bişirilmə qaydası da onun sağlamlıq üçün təsirini dəyişir. Sıyıqlar çox yumşaq və duru olmamalı, bir qədər bərk vəziyyətdə saxlanılmalıdır. Onlar mütləq su ilə bişirilməli, tərkibinə şəkər və ya bal əlavə edilməməlidir. Dadlandırmaq üçün darçın və vanildən istifadə etmək daha məqsədəuyğundur.Həkimlər bu qidaların gündəlik deyil, həftədə 3–4 dəfə və porsiyanın 150–200 qramı keçməməsi şərti ilə qəbulunu tövsiyə edirlər. Sıyığın mütləq zülal (ət, balıq, yumurta) və tərəvəzlərlə birlikdə yeyilməsi qanda şəkərin balansını qorumağa kömək edir.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
29
demokrat.az

1Источники