RU

Murat Bozdan 40 yaşlı Hadisəyə OLAY SÖZLƏR - VİDEO

Hadisə ilə Murat Boz arasında musiqi dueli olub.

Musavat.com xəbər verir ki, iki sənətçi hit mahnılarını ifa edərək bir-biri ilə rəqabət aparıb.

Gecənin sonunda qalib tamaşaçıların alqış səviyyəsinə əsasən müəyyən edilib və bu dəfə üstünlük Murat Bozun tərəfində olub.

Duel zamanı sənətçilər arasında ən çox diqqət çəkən məqam isə səhnə geyimləri ilə bağlı dialoq olub. Murat Boz Hadisəyə eyham vuraraq deyib: “Mən bədənimi aça bilmirəm, problem də budur”. Hadisə isə cavab verib: “Bir dəqiqə, sən də köynəyini kifayət qədər açmısan. Əzələlərini buradan hiss etmək çox xoşdur”.

Tamaşaçıların böyük reaksiyası ilə qarşılanan bu cavabdan sonra Murat Boz zarafatla deyib:

“Mənim qarşımda belə geyimlər geyinmə, diqqətim yayınır”.

Musavat.com

Избранный
34
2
musavat.com

3Источники