RU

ABŞ-də yaşayan azərbaycanlı gənci ailəsi axtarır - FOTO

ABŞ-də yaşayan azərbaycanlı gənc Xalid Qarayevdən aylardır xəbər alınmır.

Musavat.com bildirir ki, bu barədə onun atası Ənnağı Qarayev məlumat verib.

Atanın sözlərinə görə, oğlu ilə sonuncu əlaqə bu ilin yanvar ayında olub. O bildirib ki, Xalid Qarayev son dəfə Santa-Barbara şəhərində olub və ailəsi onunla yanvarın 30-da danışıb.

“Hazırda onunla heç bir əlaqəmiz yoxdur. Xalid Qarayev haqqında hər hansı məlumatı olan və ya onu görən şəxslərdən xahiş edirik bizimlə əlaqə saxlasınlar. Ailəmiz çox çətin vəziyyətdədir. Xalidin anasının səhhəti də ağırdır”, - deyə Sabirabad rayonunda yaşayan ata qeyd edib.

Məlumata görə, Xalid Qarayev ABŞ-yə “Green Card” proqramının qalibi kimi gedib.

Şahanə Rəhimli
Musavat.com

Избранный
22
5
musavat.com

6Источники