RU

Portimaoda yüksələn qürur

Bakı. Trend:

Portuqaliyanın Portimao şəhərində keçirilən Batut gimnastikasıvə tamblinq üzrə Avropa Çempionatı ölkəmiz üçün qürurverici anlarlayadda qalır.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumatagörə, Azərbaycan bu mötəbər yarışda gənclər və böyüklər yaşkateqoriyasında ümumilikdə 23 gimnastla təmsil olunur vəidmançılarımız artıq ilk mərhələlərdən etibarən uğurlu nəticələrgöstərməyi bacarıblar.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, batut gimnastikasıüzrə Selcan Mahsudova, Maqsud Mahsudov, Nicat Mirzəyev, HüseynAbbasov, Ammar Baxşalıyev və Fərhad Mustafayev fərdi proqramdayarımfinal və final mərhələlərinə yüksəliblər.

Komanda yarışlarında isə gənclər arasında Fərhad Mustafayev,Ömər Qasımlı, Muhamməd Həsənli və Ammar Baxşalıyev, böyüklərarasında isə Maqsud Mahsudov, Hüseyn Abbasov, Əli Niftəliyev vəMehdi Əliyev uğurlu çıxışları ilə finala vəsiqə qazanıblar. Finalmərhələsində böyüklərdən ibarət komanda 4-cü pillədəqərarlaşıb.

Sinxron proqramlarda da gimnastlarımız yüksək nəticələrgöstəriblər. Kişilər arasında Ammar Baxşalıyev – Fərhad Mustafayevvə Maqsud Mahsudov – Hüseyn Abbasov cütlükləri, qarışıq sinxrondaisə Ayan Şabanova və İbrahim Mustafazadə növbəti mərhələlərəyüksəliblər.

İkili-mini batut üzrə Ammar Baxşalıyev, Ömər Qasımlı, MuhammədHəsənli və Nikita Koleşnikov komanda hesabında finala vəsiqəqazanıblar. Ammar Baxşalıyev fərdi proqramda da final mərhələsindəmübarizə aparacaq.

Bu çempionat Azərbaycan gimnastikası tarixində yeni bir səhifəaçır: gimnastlarımız ilk dəfə olaraq həm gənclər, həm də böyükləryaş kateqoriyalarında batut gimnastikası üzrə komanda hesabında,eləcə də ikili-mini batut üzrə gənclər arasında finala yüksəlməyibacarıblar.

Tamblinq üzrə də uğurlar davam edir. Mixail Malkin, TofiqƏliyev, Adil Hacızadə və Aleksey Karataşov komanda hesabında finalavəsiqə qazanıblar. Mixail Malkin və Tofiq Əliyev fərdi proqramda dafinal mərhələsində yer alıblar. Final çıxışında isə komandamızgümüş medal qazanaraq bayrağımızı zirvəyə bir addım dahayaxınlaşdırıb.

Избранный
10
3
az.trend.az

4Источники