İtaliya millisinin keçmiş hücumçusu, hazırda videobloger olan Antonio Kassano “Milan”ın baş məşqçisi Massimiliano Alleqrini müdafiə oyunu tərzinə görə növbəti dəfə sərt tənqid edib.
Publika.az xəbər verir ki, Kassanonun sözləri “Sport Mediaset” tərəfindən sitat gətirilib:
“Alleqri məşqçi deyil. O, futbolumuzu məhvə aparır. Bu, Alleqrinin son on ildə yaratdığı bir fəlakətdir. O, məşqçilik etməyi bilmir, cəfəngiyat danışır, külli miqdarda pul qazanmağa davam edir və mən bunun səbəbini başa düşmürəm”.