RU

Nazir müavini: İran bir iki ay ərzində neft emalı zavodlarının istehsal gücünü 80 faiz bərpa edə bilər

ain.az, Apa.az portalına istinadən məlumat verir.

İran bir-iki ay ərzində hava zərbələrinə məruz qalmış neft emalı zavodlarının istehsal gücünü 80 faiz bərpa edə bilər.

SNN xəbər verir ki, bunu İran neft nazirinin müavini Məhəmməd Sadiq Əzimifər bildirib.

“Zərbəyə məruz qalmış neft emalı obyektlərində 1–2 ay ərzində əvvəlki gücün 70–80%-nə qayıda biləcəyik. Orta və uzunmüddətli perspektivdə isə tam – 100% gücün bərpa olunması mümkündür”, – deyə İran neft nazirinin müavini qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
2
apa.az

3Источники