RU

Lans Strollun komandası üçün rüsvayçı qayıdış

ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Aston Martin”in “Formula-1” pilotu Lans Strollun uzun fasilədən sonra GT yarışlarına qayıdışı gözlənilməz cəzalarla yadda qalıb.

İdman.Biz xəbər verir ki, 2018-ci ildən bəri ilk dəfə idman avtomobilləri yarışında iştirak edən Strollun komandası “Circuit Paul Ricard” trasında keçirilən “GT World Challenge” seriyasının açılış mərhələsində səkkiz dəqiqə 25 saniyəlik cəza alıb.

“Comtoyou Racing” heyətində Roberto Meri və Mari Boya ilə birlikdə “Aston Martin GT3 Vantage” bolidini idarə edən Stroll yarışın sonunda komandası ilə birgə 48-ci pillədə qərarlaşıb.

Cəzaların paylanması isə belə olub:

Toqquşmaya səbəb olma: Mari Boyanın iştirakı ilə baş verən qəzaya görə “stop-and-go” cəzası.

Göy bayraqlara məhəl qoymama: dörd dəqiqəlik cəza (Bunun bir dəqiqəsinə görə birbaşa Stroll məsuliyyət daşıyıb).

Tras limitlərini aşma: üç dəqiqə 40 saniyəlik cəza (Stroll bu bənd üzrə 115 saniyəlik cəza alıb).

Qayda pozuntularına baxmayaraq, Stroll trekdə olduğu müddətdə göstərdiyi dövrə vaxtları ilə diqqət çəkməyi bacarıb və ən sürətli sürücülərdən biri olduğunu sübut edib. Yarışın maraqlı tərəfi isə odur ki, Strollun təmsil olunduğu 18 nömrəli maşın uğursuzluq yaşasa da, eyni komandanın yeddi nömrəli heyəti yarışın qalibi olub.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
28
icma.az

1Источники