ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Paytaxtın Nəsimi, Yasamal və Binəqədi rayonlarında yerləşən üç marketdən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qeyd edilən talama cinayətlərini törətməkdə şübhəli bilinən G.Rzayev, T.Poladov, O.Səfərov, Ç.Quliyev və A.Cəfərzadə müəyyən olunaraq saxlanılıblar.
Onların marketlərdən əsasən tütün məmulatları və spirtli içkilər oğurlayaraq digər mağazalara dəyərindən ucuz qiymətə satdıqları məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.