RU

"Qəbələ" evdə "İmişli"ni məğlub edə biləcəkmi? - CANLI YAYIM

Misli Premyer Liqasında XXVII tura bu gün yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, sonuncu oyun günündə iki matç keçiriləcək.

"İmişli" "Qəbələ"nin qonağı olacaq. Qarşılaşma Qəbələ şəhər stadionunda, saat 15:30-da start götürəcək.

Meydan sahibləri 19 xalla 11-ci, qonaqlar 23 xalla 9-cu pillədə qərarlaşıb.

Günün ikinci oyununda "Turan Tovuz" "Sumqayıt"ı qəbul edəcək. Görüş Tovuz şəhər stadionunda, saat 18:00-da başlayacaq.

Tovuz klubu 49 xalla üçüncü, "gənclik şəhəri" təmsilçisi 32 xalla yeddinci sıradadır.

Turun əvvəlki matçlarında "Karvan-Yevlax" "Kəpəz"i (4:1), "Neftçi" "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. "Şamaxı" - "Qarabağ" (0:0) və "Sabah" - "Zirə" (2:2) qarşılaşmalarında qalib müəyyənləşməyib.

"Qəbələ" – "İmişli" 0:0

"Qəbələ": 1. Səlahət Ağayev 28. Murad Musayev (k) 66. Nuğay Rəşidov 27. Eşqin Əhmədov 24. İsmael Akinade 33. Seydina Keyta 50. Adriel Ba Loua 3. Eduardo Kunde 16. İsaak Amoah 14. Domi Massumo 30. Prins Ovusu

Ehtiyat oyunçular: 93. Rza Cəfərov 11. Asif Məmmədov 22. Fərid İsgəndərov 13. Nicat Əliyev 74. Süleyman Damadayev 10. Şahin Şahniyarov 12. İbrahim Sanqare

Baş məşqçi: Kaxaber Tsxadadze

"İmişli": 1. Hüseynəli Quliyev 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 14. Ronaldo de Souza 23. Dioqo Rollo 79. Dioqo Kardozu 17. Ezekiel Morqan 7. Luis Silvestr

Ehtiyat oyunçular: 99. İmam Əli 21. Abbas Ağazadə 90. Riad Abbaszadə 97. Xəzər Mahmudov 70. Mehdi Tahirov 44. Həzrət İsayev 11. Vüsal Qənbərov 20. Nazim Hüseynov 6. Yau Mozes

Baş məşqçi: Jorj Kaşkilya

Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Qəbələ şəhər stadionu, 15:30

"Turan Tovuz" – "Sumqayıt"
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Tovuz şəhər stadionu, 18:00

Избранный
22
sportinfo.az

1Источники