RU

SVT: İsveç Baltik dənizində Rusiyadan üzən gəmini saxlayıb

İsveç Sahil Mühafizəsi Baltik dənizində Panama bayrağı altında üzən Hui Yuan yük gəmisini saxlayıb.

"Ölkə.az" xəbər verir ki, ilkin məlumatlara görə, gəmi Rusiyadan üzürmüş. İsveç hakimiyyəti  yük daşıyıcısını ekoloji qaydaları pozmaqda ittiham edib. SVT-nin məlumatına görə , saxlanılmanın səbəbi dənizə kömür atılması olub.

İsveç hakimiyyət orqanlarının məlumatına görə, kömür yükü daşıyan gəmi İspaniyanın Las Palmas şəhərinə gedirmiş. Sahil mühafizəsi helikopteri yük gəmisinin heyətinin göyərtəni yuyarkən kömür tozunun suya atıldığını görüb.

Gəmi hazırda Ystad yaxınlığında lövbər salıb. Səhər sahil mühafizəsi əməkdaşları gəmidə yoxlamaya başlayıblar. Kapitanın ətraf mühit qaydalarını pozmaqda ittiham olunacağı gözlənilir.

Sahil mühafizəsinin sözçüsü SVT-yə bildirib ki, sözügedən gəmi "Rusiya kölgə donanması"nın bir hissəsi deyil və sanksiyalara məruz qalmır. Lakin, daşıyıcının saxlanılması dənizdə qanun pozuntularının qarşısını almaq üçün "yeni, daha proaktiv strategiyanın bir hissəsi"dir.

Elvin

Ölkə.az

Избранный
22
olke.az

1Источники