RU

Azərbaycanın İrandakı səfirliyi öz fəaliyyətini bərpa edib

Bakı. Trend:

12 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının İranİslam Respublikasındakı Səfirliyi öz fəaliyyətini bərpa edib.

XİN-dən Trend-ə bildirilibki, səfirlik ilkin mərhələdə səfir daxil olmaqla, məhdud saydadiplomatik və inzibati heyət ilə fəaliyyət göstərəcək.

Təhlükəsizlik və təşkilati məsələlər nəzərə alınaraq, Səfirliyinfəaliyyətinin mərhələli şəkildə tənzimlənməsi planlaşdırılır.

Azərbaycan Səfirliyinin İranda hərbi əməliyyatlarındayandırılması və iki həftəlik atəşkəsin elan olunmasından qısamüddət sonra fəaliyyətini bərpa etməsi Azərbaycanın qonşu və dostİran ilə münasibətlərə verdiyi xüsusi önəmin bariz nümunəsidir.

Ölkəmiz regionda davamlı sülh və sabitliyin təmin olunmasıistiqamətində irəli sürülən təşəbbüsləri dəstəklədiyini bir dahabəyan edir.

Избранный
24
44
az.trend.az

10Источники