RU

Hikmət Babaoğlu: Azərbaycan münaqişəni qəti həll edən nadir ölkələrdəndir

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Hazırda baş verən müharibələr fonunda Azərbaycanın 2020-ci ildə əldə etdiyi qələbə bu gün də diqqət çəkir. Rəsmi Bakının nümayiş etdirdiyi uğur təkcə hərbi sahədə deyil, həm də strateji idarəetmə, siyasi qətiyyət və milli həmrəylik nümunəsi kimi qiymətləndirilir. Qısa müddətdə əldə olunan nəticə göstərir ki, düzgün planlaşdırılmış siyasət və məqsədyönlü yanaşma müasir münaqişələrin taleyini müəyyən edən əsas amillərdən biridir.

Millət vəkili Hikmət Babaoğlu Sherg.az-a müasir dövrdə aparılan müharibələr fonunda Azərbaycanın haqlı mübarizəsindən və qələbəsindən danışıb:

"Bugün də dünyada və regionumuzda çox ağır müharibələr baş verir. Bu müharibələr bəzən illərlə, bəzi təcrübələrdə isə aylarla davam edir. Nəticədə mülki infrastruktur dağılır, vətəndaşların iqtisadi vəziyyəti çətinləşir, ölkələrin milli valyutaları devalvasiyaya uğrayır. Lakin müharibənin bitməsi üçün real şərtlər də formalaşmır. Bütün bunların baş verdiyi bir şəraitdə Azərbaycanın apardığı 44 günlük müharibə XXI əsr müharibələri tarixində tam qələbə ilə yekunlaşan nadir nümunələrdən biridir. Çünki uzun, qısa və ya orta müddətli müharibələr əksər hallarda münaqişənin səbəblərini aradan qaldıra bilmədiyi üçün yekun hərbi nəticəni də təmin edə bilmir. Azərbaycan 44 gün ərzində 30 illik işğalçı Ermənistan üzərində tam və qəti qələbə qazandı". 

Parlamentari vurğulayıb ki, Azərbaycan qələbə qazanması ilə heç bir mübahisəli məsələ qoymadı:

"100 il bundan əvvəl Ermənistan və Azərbaycan arasında daimi münaqişələrin baş verməsi üçün yaradılmış separatçı qurum da aradan qaldırıldı. Bu prosesdə Azərbaycanın vətəndaşları nə sosial rifah baxımından, nə iqtisadi baxımdan, nə də alıcılıq qabiliyyəti baxımından ciddi zərər görmədi. Əksinə, əldə edilən qəti qələbədən sonra ölkə dərhal yeni tarixi inkişaf mərhələsinə keçdi.Bu, heç şübhəsiz ki, Azərbaycan dövlətinin gücü və qüdrəti, eləcə də Azərbaycan Prezidentinin uzaqgörən və strateji siyasəti ilə əlaqələndirilməlidir". 

Deputat bildirib ki, bugün də Azərbaycanın bu qələbəsi XXI əsrdə ən müasir hərbi texnologiyalarla həyata keçirilən və qəti nəticə əldə edən müharibələr arasında seçilən nümunə kimi qalmaqdadır:

"Bunun əsas səbəblərindən biri də Azərbaycanın apardığı müharibənin ədalətli olmasıdır. Çünki, o, 44 günlük müharibə zamanı beynəlxalq hüququn və müharibə qanunlarının bütün tələblərinə riayət etdi".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
sherg.az

1Источники