RU

''Qalatasaray'' və ''Beşiktaş''ın sabiq prezidentlərinin analizlərinin cavabı bəlli oldu

Bir müddət öncə İstanbul Cümhuriyyət Prokurorluğu tərəfindən narkotik maddələrin istifadəsi və satışı ilə bağlı aparılan əməliyyat çərçivəsində ''Qalatasaray''ın sabiq prezidenti Burak Elmas ilə ''Beşiktaş''ın sabiq prezidenti Fikrət Ormanın saxlanıldığını xəbər vermişdik.

İfadə verən sabiq başqanların analizlərinin cavabı da məlum olub. Həm Ormanın, həm də Elmasın testi neqativ çıxıb. Onların qanında heç bir maddə aşkarlanmayıb. Ancaq onlarla birlikdə saxlanılan başqa tanınmış isimlərin və şou-biznes adamlarının test nəticələri fərqli çıxıb.

Məsələn, aktyor İbrahim Çelikkolun saç örnəyindən kokain və metabolitlər aşkarlanıb. Populyar müğənni Mustafa Cecelinin də saç örnəyində kokain, DJ və prodüser İlkay Şencan qanında narkotik maddələr aşkarlanıb.

Gənclər arasında populyar olan və saxlanılması böyük söz-söhbətə səbəb olan aktrisa Hande Erçelin sidik analizində isə təbabətdə qüvvətli təbii narkotik ağrıkəsici sayılan morfin və kodein aşkarlanıb.

Избранный
19
1
football-plus.az

2Источники