RU

Tramp Hərbi Dəniz Qüvvələrinə Hörmüz boğazına girməyə və ya çıxmağa çalışan bütün gəmiləri bloklamağı tapşırıb

Vaşinqton, 12 aprel, AZƏRTAC

İranla görüş yaxşı keçdi, əksər məsələlər razılaşdırıldı, amma vacib olan yeganə məsələdə - nüvə məsələsində razılaşmadıq.

AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb. O bildirib ki, indi ABŞ Hərbi Dəniz Qüvvələri dərhal Hörmüz boğazına girməyə və ya çıxmağa çalışan bütün gəmiləri bloklamaq prosesinə başlayacaq.

“Gec ya tez hamının girməsinə və hamının çıxmasına icazə verilməsi prinsipinə keçəcəyik, lakin İran mina ola biləcəyini əsas gətirərək buna icazə verməyib ki, bunu da onlardan başqa heç kim bilmir. Bu, şantajdır və Amerika Birləşmiş Ştatları heç vaxt şantaj edilməyəcək. Mən, həmçinin Hərbi Dəniz Qüvvələrimizə Beynəlxalq Sularda İrana rüsum ödəyən hər bir gəmini axtarmağı tapşırmışam. Qanunsuz rüsum ödəyən heç kimin açıq dənizlərdə təhlükəsiz keçidi olmayacaq. Biz, həmçinin iranlıların boğazlarda yerləşdirdiyi minaları məhv etməyə başlayacağıq. Bizə və ya dinc gəmilərə atəş açan hər bir iranlı məhv ediləcək”, - deyə Tramp əlavə edib.

 

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Избранный
17
10
azertag.az

10Источники