RU

İraqın yeni prezidenti rəsmi olaraq vəzifəsinin icrasına başladı

İraqın yeni prezidenti Nizar Amedi rəsmi mərasimlə sələfi Əbdüllətif Rəşiddən vəzifəsini rəsmi olaraq təhvil aldı.

Turkustan.az xəbər verir ki, paytaxt Bağdaddakı Prezident Sarayında rəsmi mərasim keçirilib.

Mərasimdə çıxış edən Amedi, Rəşidə səlahiyyət müddəti ərzində İraqa göstərdiyi xidmətlərə görə təşəkkür etdi və hakimiyyətin dinc yolla ötürülməsinin demokratiya və dövlət sabitliyi üçün fundamental element olduğunu vurğuladı.

Keçmiş prezident Rəşid Amediyə yeni vəzifəsində uğurlar arzulayaraq, ölkənin mənafeyi naminə uğurlu bir müddət keçirəcəyinə ümid etdiyini bildirib.

Dünən İraq Parlamentində keçirilən səsvermənin ikinci turunda prezident seçilən Nizar Amedi daha sonra and içərək vəzifəsinin icrasına başlayıb.

Aytən Yaşar/ Turkustan.az

Избранный
19
turkustan.az

1Источники