“Turan Tovuz” 2025/26 mövsümündə ilk dəfə ev oyununu Tovuzda keçirir.
QOL.az xəbər verir ki, komanda Misli Premyer Liqasının 27-ci turunda “Sumqayır”ı məhz doğma arenasında - yenilənmiş təbii örtüklü meydanda qəbul edir.
Xatırladaq ki, meydançanın örtüyünün dəyişdirilməsi ilə əlaqədar “Turan Tovuz” bu mövsüm bir çox ev oyununu Bakıda “Azersun Arena”, eləcə də Sumqayıtda keçirib.