Misli premyer-liqasının 27-ci turunda “İmişli” “Qəbələ”yə qalib gəldi - 1:0.
“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçisi Jorj Jaşkilya media önünə çıxıb.
- Öz oyunçularımı gözəl nəticəyə görə təbrik edirəm. Azarkeşlərimizə dəstək üçün təşəkkürümü bildirirəm. Az olsalar da, hər zaman bizə dəstək göstərirlər. "Neftçi" ilə oyundan sonra ruh düşkünlüyü var idi. Bu komanda öz xarakteri ilə geri dönüş edə bildi. Son iki oyunda 4 xal yığmışıq. Bu da bizim üçün çox vacib idi. "Turan Tovuz" ağır rəqibdi, "Qəbələ" çox rahat olmayan komandadı. Öz meydanında da yaxşı oynayırlar. Bu cür rəqiblərlə görüşlərdən xallar götürə bildik. Üzümü tutub bir jurnalistə cavab vermək istəyirəm. Çünki "Neftçi" ilə oyundan sonra bizə demişdi ki, "Turan Tovuz"la görüşdə 7:0-a hazırsız?” Bu da bizim ona cavabımız. O jurnalist indi burada yoxdu. Çox çətin oyun idi. Bilirik ki, "Qəbələ" çox ağır rəqibdi, çətin komandadı. Hücuma çox sürətli keçirlər. Taktikamız və strategiyamız gözəl işlədi. Belə oyunlarda qol az olur, daha çox taktiki mübarizə gedir. Qol vurduqdan sonra da oyunda diqtə etməyə çalışdıq. Rəqib də çox qol şansı yarada bilmədi. Yaxşı müdafiə olunduq. Belə çətin oyundan xalla ayrılmaq çox pozitiv amildi. Bu oyunu klub prezidentimizə həsr edirik. Bu gün onun doğum günüdü.
- Nə baş verdi ki, "İmişli" yenə qələbə qazandı?
- Əzmkarlıqla komanda xarakterini və mənliyini sübut etdi. Qalib gəlmək nə qədər vacib olsa da, əsas olan premyer-liqada yerinimizi qorumaqdı. "Karvan-Yevlax", "Qəbələ", "Kəpəz" kimi komandalar arasında biz də varıq. Amma xala baxsaq, biz öz mövqeyimizi itirməmişik. 26 xalımız var.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта