RU

“Kəpəz” bu mövsüm Robin Qud kimidi: varlılardan alır, kasıblara verir”

ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Sumqayıt”la “Qarabağ”ı məğlub edib, “Zirə” ilə “Turan Tovuz”dan xal alan “Kəpəz” son iki oyunda özündən aşağıda pillədə qərarlaşan komandalara uduzdu. İddialı komandalardan xal və xallar alan “Kəpəz”in bu qarşılaşmalarda da 6 xal qazanmaqla pley-offda oynamaq təhlükəsindən qaça bilərdi. Lakin gəncəlilər bunu bacarmadı. Azər Bağırov da oyunsonrası mətbuat konfransında “Qarabağ” üzərindəki qələbədən sonra komandasını tanıya bilmədiyini dedi. Bəs “Xəmsə” necə, komandanı tanıya bilirmi? Fanklubun rəhbəri Müfviq Məmmədov “Football-plus.az”a cavab Verdi:

“Məğlubiyyətlərin səbəbi eyforiya da ola bilər. “Kəpəz” bu mövsüm Robin Qud kimidi: varlılardan alır, kasıblara verir. Bu komandadan böyük nəticələr gözləmək də düzgün deyil. Kənardan o qədər söz-söhbət yaradırlar ki, anlamaq olmur. Azər Bağırovun ayrılacağını gözləmirik. Yaxşı nəticələrdən sonra mükafatlar çoxaldı, rahatlaşdılar. İnşallah, komanda bundan sonra özünə gələr”.

“Kəpəz” hazırda 21 xalla 10-cu yerdədi. Gəncəlilər “Karvan-Yevlax”ı 10, “Qəbələ”ni 2 xal qabaqlayır.MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
15
1
icma.az

2Источники