RU

Ölkə ikincisi olmuşdu, indi dünya ikincisinin tələbəsidir

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı Ali Neft Məktəbinin V kurs tələbəsi Röya Qasımova dünya reytinqinin ikincisi olan London İmperial Kollecinin Maliyyə və mühasibat ixtisası üzrə magistratura pilləsinə qəbul alıb.

“Qafqazinfo” “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir ki, Röya 2021-ci ildə 683.2 bal toplayaraq II qrup üzrə ölkə ikincisi seçilərək Prezident təqaüdünə layiq görülüb.

2024-cü ildə mübadilə ilə Almaniyada Schmalkalden Tətbiqi Elmlər Universitetində 1 semestr təhsil alıb.

2024-cü ilin dekabr sessiyasında “Financial Reporting” imtahanında 95% nəticə göstərərək ölkə üzrə ən yüksək balı toplayıb və “National Prizewinner” adına layiq görülüb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
33
8
qafqazinfo.az

9Источники