ain.az, Konkret.az portalına istinadən məlumat verir.
Macarıstanın baş naziri Viktor Orban parlament seçkilərinin nəticələrinə münasibət bildirib və qalib gələn müxalif siyasətçi Peter Maqyarı təbrik edib.
KONKRET.az xəbər verir ki, Orbanın bu açıqlaması seçkilərdən sonra ölkədə yaranan yeni siyasi vəziyyətin ilk rəsmi reaksiyalarından biri kimi qiymətləndirilir. Baş nazir nəticələri qəbul etdiyini nümayiş etdirərək demokratik proseslərə hörmət etdiyini vurğulayıb.
Eyni zamanda seçkilərlə bağlı ilkin rəsmi nəticələr də açıqlanıb. Səslərin 53,45 faizinin hesablanmasından sonra Peter Madyarın liderlik etdiyi qüvvənin parlamentdə 136 mandat qazandığı bildirilir. Bu göstərici onun siyasi blokunun açıq üstünlüyünü ortaya qoyur və hakimiyyət balansının dəyişdiyini təsdiqləyir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.