RU

Lift var, amma işləmir: sakinlər çıxılmaz vəziyyətdə – VİDEO

Xırdalanda, Abşeron Gənclər Şəhərciyində yerləşən 11 mərtəbəli binanın lifti günlərdir ki, işləmir.

NOCOMMENT.az xəbər verir ki, mövcud vəziyyət bina sakinlərinin gündəlik həyat şəraitini çətinləşdirib.

Sakinlərin sözlərinə görə, bu, ilk deyil, binanın lifti tez-tez sıradan çıxır. Komendant isə onlara sakinlərin borcunun olması səbəbindən liftin işləmədiyini deyir.

Binada yaşayan 55 ailə problemin qısa zamanda həll olunmasını istəyir.

Məsələ ilə bağlı binanın aid olduğu MTK ilə əlaqə saxladıq. Problemin nədən qaynaqlandığı deyilmədi. Lakin bildirildi ki, yaxın zamanda liftin ehtiyat hissləri alınacaq və məsələ həllini tapacaq. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
24
nocomment.az

1Источники