RU

“Dörd mənzil üçün 218 min dollar ödəmişəm, lakin evlərimi vermirlər” – VİDEO

Dörd mənzil üçün 218 min dollar ödəyən vətəndaş 20 ildir nə evini ala bildiyini, nə də pulunu geri qaytara bildiyini iddia edir. Onun xeyrinə çıxarılan məhkəmə qərarları isə icra olunmur.

NOCOMMENT.az xəbər verir ki, belə bir iddia ilə qaynar xəttə vətəndaş Qəşəm Güləliyev müraciət edib.

Qəşəm Güləliyev deyib ki, 2006-cı ilin dekabr ayının 11-də Xətai rayonu ərazisində “Şaiq” MTK-dan hər biri üçotaqlı olmaqla dörd mənzil alıb. Bu mənzillər üçün ümumilikdə 218 min dollar ödəyib. Bir ildən sonra isə məlum olub ki, həmin mənzillər bir çox şəxsə satılıb.

Vətəndaş iddia edir ki, həmin vaxt şirkətlə əlaqəli şəxslərdən biri olan “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundova müraciət edib.

Qəşəm Güləliyev iddia edir ki, 2023-cü il may ayının 19-da Xətai rayon Məhkəməsi onun xeyrinə qərar çıxarıb.

İddialara münasibət bildirən “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov deyib ki, bu məsələnin onunla heç bir bağlılığı yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Избранный
1
1
nocomment.az

2Источники