RU

ABŞ-İran danışıqları ilə bağlı Türkiyədən açıqlama

Ümid edirik ki, bölgəmizdə əldə edilən atəşkəs tam şəkildə həyata keçiriləcək və ABŞ-İran danışıqları prosesi davamlı sülhlə nəticələnəcək.

"Unikal" xəbər verir ki, bu fikirlər Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın sosial şəbəkə hesablarında etdiyi paylaşımda qeyd edilib.

Vitse-prezidenti bildirib ki, genişmiqyaslı münaqişələrin qısa müddətdə həllini gözləmək real deyildir.

“Danışıqlar çətin ola bilər. Lakin, hətta ən çətin dialoq belə müharibənin dağıdıcı təsirləri qarşısında sərf olunan vaxta və səyə dəyər. Ümid edirik ki, bölgəmizdə əldə edilən atəşkəs tam şəkildə həyata keçiriləcək, diplomatiya üçün kifayət qədər imkanlar yaradılacaq və başlayan ABŞ-İran danışıqları prosesi davamlı sülhlə nəticələnəcək. Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyətli rəhbərliyi ilə ədalətli sülh istiqamətində diplomatik səylərə ən yüksək səviyyədə töhfə verməyə davam edəcək”, - deyə C.Yılmaz vurğulayıb.

Избранный
29
unikal.az

1Источники