RU

İraqın yeni prezidenti vəzifəsinin icrasına başlayıb

ain.az, 525.az portalına istinadən məlumat yayır.

İraqın yeni prezidenti Nizar Amedi rəsmi mərasimlə vəzifəsini sələfi Əbdüllətif Rəşiddən təhvil alıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Nizar Amedi üçün Bağdaddakı Prezident sarayında rəsmi mərasim keçirilib.

Mərasimdə çıxış edən Amedi, Rəşidə səlahiyyət müddəti ərzində İraqa göstərdiyi xidmətlərə görə təşəkkür edib və hakimiyyətin dinc yolla ötürülməsinin demokratiya və dövlət sabitliyi üçün əsas element olduğunu vurğulayıb.

Keçmiş prezident Rəşid Amediyə yeni vəzifəsində uğurlar arzulayıb və onun ölkə maraqlarına uyğun olaraq uğurlu bir dönəm yaşayacağına ümid etdiyini bildirib.

Bununla da, İraq parlamentində dünən keçirilən səsvermənin ikinci turunda prezident seçilən Nizar Amedi and içərək vəzifəsinin icrasına başlayıb.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
1
525.az

2Источники